Ödənişli xidmətlərin dəyəri artıb

2019.06.20 10:48 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2.435,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,3 faizini təşkil edib. Bu ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 336,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 12,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.