Macarıstanın Baş naziri Viktor Orban cümə günü bildirib ki, Azərbaycan Avropa İttifaqının (Aİ) enerji müstəqilliyini qorumaq üçün strateji cəhətdən vacib ölkədir.
İspaniyanın Qranada şəhərində Aİ liderlərinin qeyri-rəsmi görüşünə gedərkən V.Orban vurğulayıb ki, Azərbaycan əsas ölkədir: “Biz Azərbaycansız enerji müstəqilliyinə malik ola bilmərik”.