Bu ilin yanvar-avqust aylarında ölkənin toxuculuq sənayesi sahəsində 224,3 milyon manat dəyərində məhsullar istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 8,3 faiz və ya 17,2 milyon manat üstələyir.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk səkkiz ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 301,6 milyon manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 23,5 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 6,7 faiz, geyim istehsalında isə 13,6 faiz azalma müşahidə olunub.