Dünya Bankı (DB) Azərbaycanda inflyasiya səviyyəsinin Mərkəzi Bankın hədəf göstəricilərinə qədər tədricən azalacağını gözləyir.
Bu barədə qurumun yenilənmiş “Regional Economic Outlook” hesabatında bildirilir.
Bankın gözləntilərinə görə, inflyasiya 2023-cü ildə 9 faiz, 2024-cü ildə 5,8 faiz, 2025-ci ildə isə 5,2 faiz səviyyəsində olacaq. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi inflyasiya hədəfi 4 faiz (+/-2 faiz) təşkil edir.
DB analitiklərinin fikrincə, məhsulların ucuzlaşması və xarici amillərin yumşaldılması fonunda ölkədə inflyasiya aşağı enəcək.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkədə inflyasiya 11,7 faiz təşkil edib.