Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 266,9 milyon ABŞ dolları dəyərində 442,1 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci il ilin eyni göstəricilərini dəyər ifadəsində 40,8 faiz və ya 77,3 milyon dollar, həcm baxımından isə 70 faiz və ya 182 min ton üstələyir.
Təkcə cari ilin avqustunda bu ölkəyə 33,14 milyon dollar dəyərində 56,2 min ton xam neft məhsulları ixrac edilib ki, bu da iyul ayı ilə müqayisədə dəyər ifadəsində 19,76 milyon dollar və ya 2,5 dəfə, həcm olaraq isə 27,8 min ton və ya 97,8 faiz çoxdur.