Türkmənistanla energetika sahəsində imzalanan sənədlər əməkdaşlığa töhfə verir

2023.10.04 17:55 (UTC+04:00)

“Türkmənistana səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin Nazirlər Kabineti sədrinin müavini Batır Amanov ilə iki ölkə arasında enerji sahəsində əlaqələrin inkişaf perspektivlərini, birgə layihələrin reallaşdırılması potensialını nəzərdən keçirdik. Azərbaycan və Türkmənistan arasında energetika sahəsində imzalanan sənədlərin əməkdaşlığımıza verdiyi töhfələri vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.