Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2,4 milyard ABŞ dollarından çox olub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, bu ilin ilk doqquz ayında Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının dəyəri 2 434,32 milyon ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 10,6 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 047,67 milyon dollara bərabər olub.