İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında Türkmənistana səfərlə bağlı daha bir paylaşım edib.
“Türkmənistana səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Maksat Babayev ilə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və potensial layihələrin reallaşdırılması barədə fikir mübadiləsi apardıq”, - paylaşımda deyilir.