ŞƏT-ə üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya yatırıb

2023.10.04 14:43 (UTC+04:00)

Ötən il Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 45,8 faiz artaraq 9 milyard dolları ötüb.

Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə nazir Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi-2023/XV Avrasiya Forumu KAZENERGY” tədbiri çərçivəsində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 1-ci Enerji Forumunda onlayn formatda çıxışında deyib.

Bildirilib ki, bu ölkələrin Azərbaycanın xarici ticarətindəki payı ötən il 17 faiz təşkil edib.

ŞƏT-ə üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 3,2 milyard dollar sərmayə yatırıb.