“Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi” mövzusu üzrə 18-ci illik Texniki Konfrans keçirilir

2023.10.04 14:15 (UTC+04:00)

İstanbulda İslam Ölkələrinin Vergi Orqanları Assosiasiyasının (ATAİC) “Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi” mövzusu üzrə 18-ci illik Texniki Konfransı keçirilir. Azərbaycanı tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təmsil edir.