Unlu qənnadı məmulatlarının istehsalı artıb

2023.10.04 11:50 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında ölkədə 47 min ton unlu qənnadı məmulatlar istehsal olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 24,3 faiz və ya 11,4 min ton artıb.

Cari ilin iyul ayı ilə müqayisədə isə avqustda istehsal həcmində 9,1 faiz və ya 527,9 ton artım müşahidə olunub. Avqust ayı ərzində 6,29 min ton unlu qənnadı məmulatlar istehsal olunub. Sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı 354,6 ton təşkil edib.