Qarabağ və Şərqi Zəngəzurda vergi güzəştləri sahibkarlıq fəaliyyətinin aktivləşməsinə təkan verəcək

2023.10.03 16:35 (UTC+04:00)

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində tətbiq edilən vergi güzəştləri bu ərazilərdə sahibkarlıq fəaliyyətinin aktivləşməsinə, iqtisadi inkişafa təkan verəcək.

Bu barədə ATAİC-in “Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi” mövzusunda İstanbulda keçirilən 18-ci İllik Texniki Konfransında iştirak edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.

O qeyd edib ki, vergi güzəşti işğaldan azad edilmiş bütün ərazilərə aiddir: “Bizim həmin regionlara aid vergi şöbələri hər zaman mövcud olub. Biz, sadəcə, onların struktur formatını yenidən nəzərdən keçirəcəyik. Regionlaşma siyasətini davam etdirərək daha geniş səlahiyyətlərə malik vergi idarələrinin fəaliyyətini bərpa edəcəyik” - deyə O.Nəzərli vurğulayıb. (APA)