Biznesin qurulmasına və inkişafına yerində hərtərəfli dəstək göstərən KOB dostlarının sayı Mil-Muğan iqtisadi rayonu üzrə 3-ə çatıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, KOB dostu ofisi Beyləqan rayonunda fəaliyyətə başlayıb.
KOB dostu Beyləqanda və ətraf rayonlarda biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. KOB dostu rayonda yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi, onların investisiya təşəbbüslərinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək.
Qeyd edək ki, hazırda respublikanın 46 şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir.