Sentyabrda Neft Fondunun valyuta satışları artıb

2023.10.03 12:49 (UTC+04:00)

Bu ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 164,5 milyon ABŞ dolları məbləğində valyuta satılıb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Fondun yaydığı məlumata əsasən apardığı hesablamalara görə, cari ilin avqust ayı ilə müqayisədə sentyabrda satışların həcmində 70,6 milyon dollar və ya 75,2 faiz artım qeydə alınıb.