Bu ilin 25-28 oktyabr tarixlərində Omanın Muskat şəhərində 1-ci Beynəlxalq Xurma və Bal Sərgisi keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun məlumatına görə, Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunurlar.
Omanın Milli İnkişaf və İnvestisiya Şirkəti tərəfindən keçiriləcək ilk Beynəlxalq Xurma və Bal Sərgisində yerli və xarici bal istehsalçıları, o cümlədən yerli fermerlər və KOB-ların məhsulları nümayiş olunacaq.
Builki sərgidə iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: [email protected]
Tel.: (+994 12) 598 01 47/48 (daxili 3629)
Mob.: (+994 50) 739 95 38
Əlaqələndirici şəxs: Sənan Səftərov