Bu ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,6 faiz artaraq 4214,3 milyon manat olub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 3528,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,7 faizini təşkil edib.