"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2023.10.02 15:42 (UTC+04:00)

"İqtisadi Zona", 01.10.2023-cü il

- Gələn ilin dövlət büdcəsində sosial ödənişlər üçün ayrılan vəsait artırılır. Bəs maaş və pensiyalar nə qədər arta bilər?

- Posterminal işləmir, karta göndərin… Nağdsız ödənişdən yayınmaq üçün bəzi sahibkarların əl atdığı bu üsul qanunidirmi?

- Xəstəliyə görə işə çıxa bilməyənlərə verilən müavinət niyə maaşdan az olur? Xəstəlik vərəqəsi ilə bağlı bilməli olduğunuz mühüm məqamlar…

- Daşınmaz əmlaka görə ƏDV-ni geri almaq üçün bank rekvizitlərinə ehtiyac olmayacaq. Vəsait virtual hesaba necə köçürüləcək?

Artıq daşınmaz əmlaka görə ƏDV-ni geri almaq üçün bank hesabı açmağa ehtiyac yoxdur. Vətəndaşlar qaytarılan ƏDV-ni mobil telefonlarındakı tətbiqlər vasitəsilə geri ala bilərlər. Vəsait virtual hesaba necə və hansı müddətdə köçürülür? Mövzu ilə bağlı Günel Bəhramqızının suallarını Dövlət Vergi Xidmətinin şöbə rəisi Telman Məmmədov cavablandırıb.

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan İqtisadi Zona proqramının 01 oktyabr 2023-cü il tarixli buraxılışında tanış ola bilərsiniz.