Mərkəzi Bankın valyuta ehtiyatlarında artım qeydə alınıb

2023.10.02 15:20 (UTC+04:00)

Bu ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları ötən ilin eyni göstəricisi ilə müqayisədə 2 108,0 milyon ABŞ dolları və ya 27,5 faiz artaraq 9 775,3 milyon dollar təşkil edib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının AMB-nin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin avqust ayına nisbətdə isə sentyabrda valyuta ehtiyatlarında 4,4 faiz və ya 410,9 milyon dollar artım qeydə alınıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8 995,7 milyon dollar təşkil edib.