Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüş keçirilib

2023.10.02 13:25 (UTC+04:00)

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri ilə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri arasında onlayn görüş keçirilib.

AZPROMO-dan verilən məlumata görə, görüşdə Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamlarının əmək fəaliyyəti ilə məşğul olduqları müddətdə onlara təqaüdlərin hesablanması və gömrük prosedurlarının sadələşdirilməsi məsələləri müzakirə olunub. Tədbir zamanı AZEBİ nümayəndələri tərəfindən müvafiq təkliflər irəli sürülüb, sahibkarları maraqlandıran suallar cavablandırılıb, mövcud maneələrin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.