Minimum aylıq əməkhaqqının artırılmasının müəllimlərin maaşına təsiri

2019.06.19 18:45 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 18-də "Minimum aylıq əməkhaqqının artırılması haqqında" imzaladığı sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları artıb:

Eyni zamanda, elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlər, Azərbaycanın fəxri adlarına layiq görülənlər, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllimlər üçün metodiki vəsaitlərin müəlliflərinin maaşına 45 manat əlavə olunacaq.

Fəlsəfə doktorlarının əməkhaqqına 60, elmlər doktorlarının əməkhaqqına isə 100 manat əlavə olunur. "Əməkdar" fəxri adında 100 manat, "xalq" fəxri adında isə maaşa 150 manat əlavə nəzərdə tutulur.