Bu ilin sentyabr ayında dünya bazarında Azərbaycan neftinin (Azeri Light) 1 barelinin orta qiyməti 98,93 ABŞ dolları təşkil edib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının SOCAR-ın statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 5,2 faiz və ya 4,87 dollar çoxdur.
Cari ilin avqust ayı ilə müqayisədə isə sentyabrda neftin qiyməti 15,6 faiz və ya 13,37 dollar artıb. Ay ərzində yüksək göstərici 102,7 dollar, minimal göstərici isə 93,5 dollar səviyyəsində qeydə alınıb.
Sentyabr ayı ərzində Azərbaycan neftinin qiyməti 7,1 faiz və ya 6,61 dollar artıb.