Şüşə emalı sənayesinin inkişafı layihəsinə 340 min manat güzəştli kredit ayrılıb

2023.09.29 18:15 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən şüşə emalı sənayesinin inkişafı layihəsi üzrə 340 min manat güzəştli kredit ayrılıb.

Fonddan verilən məlumata görə, güzəştli kredit “Vitrum” MMC-yə verilib.

Layihənin maliyyələşdirilməsi “Kapital Bank” ASC vasitəsilə həyata keçirilib.