Artıq Sərsəng su anbarının istismarı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir.
Agentlikdən verilən məlumata görə, su anbarı 1976-cı ildə Tərtərçay çayının üzərində tikilərək istifadəyə verilib.
Anbarın ümumi həcmi 565 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetrdir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu 50,25 kilometrdir.
Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.