Ölkə üzrə ümumi qazlaşma səviyyəsi 96,34 faizə çatdırılıb

2023.09.29 17:17 (UTC+04:00)

Cari ildə 26 kəndin qazlaşması istiqamətində görülən işlər tamamlanmaq üzrədir və hazırda ölkə üzrə ümumi qazlaşmanın səviyyəsi 96,34 faizə çatdırılıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyində media və QHT nümayəndələri ilə keçirilən növbəti görüşdə məlumat verilib.

Əlavə edilib ki, bir neçə kənddə qazlaşma ilə bağlı aparılan müəyyən işlər növbəti ilin birinci rübündə bitəcək.