İqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə ikitərəfli iqtisadi əlaqələrin inkişafı barədə müzakirələr aparılıb.
Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında ticarət dövriyyəsinin artımı, sərmayələrin təşviqi və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldığı barədə də məlumat verib.