May ayında "195-1" Çağrı Mərkəzi tərəfindən canlı rejimdə 29.189 zəng cavablandırılıb

2019.06.19 18:29 (UTC+04:00)

2019-cu ilin may ayında 35.202 sual xarakterli müraciət cavablandırılıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 76,2 faiz çoxdur. Mürəkkəb xarakterli suallar üçün 1.221 müraciət vərəqəsi tərtib edilib.

Vergi növləri barədə məlumat əldə etmək üçün 2.067 dəfə, vergi borcu barədə məlumat əldə etmək üçün 3.156 dəfə səsli menyudan istifadə edilib. Vergi ödəyicilərinə ay ərzində 64.010 SMS, o cümlədən 27.287 ikitərəfli SMS göndərilib.

Məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları ilə bağlı daxil olan suallar ümumi müraciətlərin 6,1 faizini (2019-cu il üzrə 17,5 faiz) təşkil edib.