“Acwa Power” şirkəti ilə əməkdaşlıq genişlənir

2023.09.28 18:22 (UTC+04:00)

ACWA Power şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Abunayyan ilə şirkətlə ölkəmizin əməkdaşlıq istiqamətləri barədə müzakirələr apardıq:

– Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti;

– Alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi;

– Yaşıl enerji sahəsində potensial layihələrin reallaşdırılması imkanları.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.