Bir neçə hesabat vahid formada birləşdiriləcək

2019.06.19 17:50 (UTC+04:00)

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov Milli Mühasiblər Forumundakı çıxışında qeyd edib ki, artıq muzdlu işlə bağlı gəlir vergisi bəyannaməsi, məcburi dövlət sosial sığortası bəyannaməsi, işsizlikdən sığorta üzrə hesabatlar vahid formada birləşdirilərək sahibkarların istifadəsinə veriləcək: "Düşünürük ki, bu xüsusi standart EXCEL forması olacaq. Həmin sənədi doldurarkən sistemə import edildikdə hər 4 bəyannamənin tələbləri vahid sənəddə müvafiq bölmələrdə doldurulacaq".

N.Şirinov qeyd edib ki, bu yenilik həm ölkəmizin "Doing Business" hesabatlarında irəli getməsinə, həm də sahibkarların işini rahatlaşdırmaqda xeyli kömək göstərəcək.

Fərqanə ALLAHVERDİQIZI