Almaniyada kilsələr 12,6 milyard avro gəlir əldə edib

2018.12.19 15:00 (UTC+04:00)

Almaniyada "kilsə vergisi"nin ödəyicilərinin sayı azalsa da, kilsələrin əldə etdikləri gəlirlərin məbləği artaraq 12,6 milyard avroya çatıb. Almaniya İqtisadiyyat İnstitutunun araşdırmasına əsasən, ölkədə kilsələrin təxminən 45 milyon üzvü var. Bunlardan 23,5 milyon nəfəri katolik, 21,5 milyon nəfəri isə protestant kilsələrinin üzvləridir. İnstitutun araşdırmasında ölkədə kilsə gəlirlərinin artmasının məşğulluğun və gəlir səviyyəsinin artması ilə bağlı olduğu vurğulanmışdır. Almaniyada "kilsə vergisi" maliyyə qurumlarının vasitəsilə dövlət tərəfindən toplanaraq kilsələrə təhvil verilir. Katolik kilsənin üzvləri orta hesabla 291 avro, protestant kilsəsinin üzvləri isə orta hesabla 278 avro vergi ödəyiblər. Qeyd edək ki, ölkədə katolik kilsəsinin nəzdində 9 min 370, protestant kilsəsinin nəzdində isə 8 min 800 uşaq bağçası fəaliyyət göstərir.