Aqroparkların fəaliyyətlərində dəyər zəncirinin formalaşdırılması və effektivliliyinin artırılması, həmçinin hüquqi çərçivənin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanı ilə “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq olunub.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, Əsasnaməyə uyğun olaraq, Agentlik tərəfindən aqroparkların rəsmi qeydiyyata alınması prosesinə başlanılıb, indiyədək 21 özəl və 2 dövlət aqroparkı olmaqla 23 aqropark qeydiyyata alınıb və 59 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.