Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Assosiasiyaya istinadən xəbər verir ki, iclasda, lokal xarakterli antiterror tədbirləri çərçivəsində Qarabağda qanunsuz yerləşən terrorçuların zərərsizləşdirilməsi və Azərbaycanın suverenliyinin bərpası uğrunda şəhid olan və yaralanan hərbçilərlə əlaqədar qərarlar qəbul olunub.
Qərarlara uyğun olaraq, şəhid olan hərbçilərin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanan faizlər və digər ödəmələr tam həcmdə silinəcək.
Bununla yanaşı, yaralanan hərbçilərin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinəcək.