Bu il Azərbaycanda əməkhaqqının artım dinamikası rəqəmlərdə...

2019.06.19 17:21 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ildə əməkhaqqı və pensiya artımı ilə bağlı rəqəmləri açıqlayıb. Nazirlikdən verilən xəbərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu il Azərbaycanda minimum əməkhaqqı 92,3 faiz artırılıb.

Dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında 2019-cu il oktyabrın 1-dən pensiyanın minimum məbləği 25 faiz artırılıb. Ümumilikdə, 660 min nəfəri əhatə edəcək pensiya artımı üçün əlavə olaraq illik 216 milyon manat ayrılacaq. Bununla da minimum pensiya 160 manatdan 200 manata çatdırılır. Prezidentin qanunvericilik təşəbbüsləri nəticəsində 2019-cu ildə Azərbaycanda minimum pensiya artımı 72,4 faiz artırılıb.

Dövlət başçısının 18 iyun 2019-cu il tarixli sərəncamı ilə minimum əməkhaqqı 40 faiz artırılıb. Ümumilikdə 950 min nəfəri əhatə edəcək artım üçün dövlət büdcəsindən 780 milyon manat vəsait ayrılacaq. Artımdan sonra Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə (PPP) MDB ölkələri arasında ikinci yerdə qərarlaşacaq.

Qeyd edək ki, bu artım sentyabrın 1-dən qüvvəyə minəcək.