Bu ilin yanvar-avqust ayları ərzində 273 750 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,8 faiz çoxdur.
2023-cü ilin 8 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,4 faiz artaraq 54 074 təşkil edib.