Bu ilin yanvar-avqust ayları ərzində 337 787 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz çoxdur. 2023-cü ilin 8 ayı üzrə göstəricinin 53 117-si (15,7 faizi) ilkin, 284 670-si (84,3 faizi) isə təkrar qeydiyyatın payına düşür.
2023-cü ilin yanvar-avqust ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 35 111-i fərdi yaşayış və bağ evi, 63 705-i mənzil, 231 406-sı torpaq sahəsi, 2106-sı qeyri-yaşayış binası, 4910-u qeyri-yaşayış sahəsi, 477-si əmlak kompleksi, 72-si isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 66775-i Bakının, qalanı isə bölgələrin payına düşür.