Bu ilin yanvar-avqust aylarında ölkədə 271 ədəd yük avtomobili istehsal olunub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 48,9 faiz və ya 133 ədəd artıb.
Təkcə avqust ayı ərzində ölkədə 67 yük avtomobili istehsal olunub ki, bu da iyul ayına nisbətdə 67,5 faiz və ya 27 ədəd çoxdur. Sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı 15 avtomobil təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə, cari ilin ilk 8 ayında ölkəyə 70,9 milyon ABŞ dolları dəyərində 4483 ədəd yük avtomobili idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən bu növ nəqliyyat vasitələrinin dəyəri 7 faiz və ya 4,6 milyon dollar, sayı isə 40 faiz və ya 1281 ədəd artıb.
Təkcə cari ilin avqust ayında ölkəyə 12,29 milyon dollar dəyərində 689 ədəd yük avtomobili idxal edilib ki, bu da iyul ayı ilə müqayisədə dəyər ifadəsində 17,8 faiz və ya 1,85 milyon dollar, say olaraq isə 8,8 faiz və ya 56 ədəd çoxdur.