Tümen şirkətlərinin Azərbaycana növbəti biznes-missiyası təşkil olunub

2023.09.27 16:50 (UTC+04:00)

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Tümen mətbuatına istinadən xəbər verir ki, bu gün Rusiyanın Bakıdakı ticarət nümayəndəliyində baş tutan missiya çərçivəsində Azərbaycana məhsulların ixracı perspektivləri müzakirə olunub.

Qeyd edək ki, bu, Tümen nümayəndə heyətinin 2023-cü ildə Bakıya ikinci səfəridir.

Nümayəndə heyətinə metal, mebel, qəlyanaltılar, bütün növ yük avtomobilləri və avtobuslar üçün muftalar, eləcə də təbii sərinləşdirici içkilərin istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr daxildir.

Bildirilir ki, Tümen maşınqayırma müəssisələri və sərinləşdirici içki istehsalçıları artıq azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq edirlər.