Belçikaya məhsul ixracı 8 dəfədən çox artıb

2023.09.27 14:41 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Belçika ilə ticarət dövriyyəsinin ümumi həcmi 24,18 milyon ABŞ dolları və ya 53,8 faiz artaraq 69,1 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 8 ayında Azərbaycandan Belçikaya 19 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 16,7 milyon dollar və ya 8,2 dəfədən çoxdur.

Belçikadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 17,4 faiz və ya 7,4 milyon dollar artaraq 50 milyon dollar təşkil edib.

Cari ilin yanvar-avqust aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Belçika ilə ticarətin payı 0,19 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,07 faiz bəndi çoxdur.