Maliyyə sektorunun modernləşdirilməsi layihəsinin növbəti mərhələsinin icrasına başlanılıb

2023.09.27 12:36 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında “Maliyyə Sektorunun Modernizasiyası Layihəsi 3”-ün icrasına start verilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı AMB-yə istinadən xəbər verir ki, layihənin əsas məqsədi maliyyə sektorunun nəzarət və tənzimlənməsinin gücləndirilməsi, dövlət maliyyə inklüzivliyi proqramının icrasına dəstək və maliyyə sektorunun monitorinqi üzrə Mərkəzi Banka dəstək göstərməkdən ibarətdir.

Qeyd olunur ki, layihənin əhatə dairəsinin müəyyənləşdirilməsi və istiqamətlərin dəqiqləşdirilməsi məqsədilə Dünya Bankının mütəxəssislərdən ibarət geniş tərkibli missiyası cari ilin sentyabr ayının son həftəsində müvafiq görüşlərin keçirilməsi üçün Bakı şəhərində səfərdədirlər.