Bu ilin 7-9 dekabr tarixlərində Türkiyənin İstanbul şəhərində “SEAFOOD EXPO EURASIA“ Beynəlxalq Balıqçılıq, Emal və Dəniz Məhsulları Sərgisi keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun məlumatına görə, Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.
Sərgi balıqçılıq sənayesi ilə əlaqəli sahələrdə fəaliyyət göstərən insanlar arasında ünsiyyət yaratmaq məqsədilə təşkil olunacaq yeni bir tədbirdir. Dünya miqyasında balıqçılıq sənayesi ictimaiyyətinə yeni düşüncə gətirmək məqsədi daşıyan sərgi balıqçılıq, akvakultura, balıq emalı, gəmiqayırma, logistika və qablaşdırma sahələrində fəaliyyət göstərən şirkətləri bir araya gətirəcək.
Tədbirdə iştirak etmək istəyən sahibkarlar qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://seafoodexpoeurasia.com/tr/
Əlavə məlumat üçün:
Orxan Mustafayev
AZPROMO – İxracın Təşviqi Departamentinin İxracatçılarla iş şöbəsinin aparıcı mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili - 3665)
E-mail: [email protected]