Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsində aparılan təmir-bərpa işləri yekunlaşıb VİDEO

2023.09.26 17:40 (UTC+04:00)

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış 5 km-lik hissəsinin yenidən qurulması işləri yerinə yetirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, artıq sözügedən yolun yenidən qurulan hissəsi sürücülərin istifadəsinə verilib.