Ölkə əhalisinə 7,1 milyard manatlıq ödənişli xidmət göstərilib

2023.09.25 15:05 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,2 faiz artaraq 7 162,0 milyon manat olub.

Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 398,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.

Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 706,0 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 145,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.