Belarusda yol vergisinin ödənişi üçün iki konsepsiya hazırlanıb

2019.06.19 12:53 (UTC+04:00)

Belarus Respublikasının maliyyə naziri Maksim Yermoloviç bildirib ki, yol vergisinin ödənilməsinin yeni üsulunun həyata keçirilməsi aləti müzakirəyə çıxarılıb, verginin yığılması üçün artıq iki konsepsiya hazırlanıb. Birinci variant bu verginin yol hərəkətindən istifadəyə görə ödənilməsini nəzərdə tutur: "Bizim mülahizəmiz belədir ki, hər bir şəxs yol şəbəkəsindən ödənişli istifadə hüququnun müddətini özü seçə bilər: bir ay, iki ay, bir il... Burada seçim hüququ vətəndaşa verilir".

Bundan əlavə, alternativ bir variant da müzakirə olunur: həmin varianta əsasən, yol vergisi yanacağın qiymətinə əlavə edilir. Bu variantı hökumətdə hazırlayıb razılaşdırmaq üçün aidiyyəti üzrə göndəriblər. Nazir qeyd edib ki, bu iki variantdan birinin seçilməsi ölkənin yol infrastrukturunun inkişafı üçün zəruridir.