Mühasibat uçotunda "bulud texnologiyası"

2019.06.19 14:05 (UTC+04:00)

Dördüncü sənaye inqilabı müasir həyatımıza 3D çap, əşyaların interneti (IoT – internet of things), süni intellekt, kiber-fiziki sistemlər (Cyber-physical systems), böyük məlumatlar (Big Data), nanotexnologiyalar, müasir robototexnika kimi texnologiyalar gətirib. Bunlardan biri də "Bulud texnologiyası"dır.

"Bulud texnologiyası" – istifadəçiyə xidmət şəklində internet və ya lokal şəbəkə vasitəsilə əlyetər proqram-aparat təminatıdır. Bu texnologiya müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə imkanı verir. İstifadəçi kompüteri bu halda şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır. Məlumatlar "bulud" deyilən serverlərdə saxlanılır və onlar üzərində müxtəlif hesablamalar aparılır. Müştəri üçün bu, böyük bir virtual serverdir. Fiziki olaraq bu serverlər bir-birindən uzaqda, hətta müxtəlif qitələrdə yerləşə bilərlər.

"Bulud texnologiyası" istifadəçilərə internet xidmətləri kimi mühasibat, idarəetmə, korporativ elektron poçt, sənəd dövriyyəsi xidmətlərini göstərə bilər. Mühasiblər çoxdandır onlayn bank xidmətləri, elektron poçt, elektron bəyannamələrin, vergi hesab-fakturalarının göndərilməsi və s. "bulud xidmətləri"ndən istifadə edirlər: Gmail, Hotmail, Yahoo, Google Apps, Skype, Dropbox, Evernote dünyada ən çox istifadə edilən "bulud xidmətləri" hesab olunur.

"Bulud texnologiyası"nın servisləri

"Bulud texnologiyası" vasitəsilə əsasən aşağıdakı 3 xidmət növü göstərilir:

Burada bizə maraqlı olan mühasibat proqramlarından biri kimi ERP sistemlərindən istifadə xidmətlərini göstərmək olar. SaaS konsepsiyasına əsasən, istifadəçi bir məhsulu satın alaraq onun üçün ödəniş etmir, onu kirayə götürür. Bundan başqa, o, məhz özünə lazım olan funksiyalardan istifadə edir. Məsələn, bir proqram ildə bir dəfə lazım olursa və proqramdan bundan çox istifadə etmək nəzərdə tutulmursa, lazımsız proqramın kompüterdə yer tutmasına ehtiyac qalmır. SaaS məntiqi WaaS (Work as a Service - İş yeri bir xidmət kimi) anlayışına əsaslanır. Yəni müştəri proqram təminatı ilə işləmək üçün tam təmin olunmuş virtual iş yeri ilə təchiz edilir.

"Bulud texnologiyası"ndan istifadənin üstünlükləri

Mühasibat uçotunu "bulud texnologiyası"nda aparmaq istifadəçilərə bir çox üstünlüklər verir. Artıq müəssisədə mühasibat uçotu proqramını almağa, kompüterlərə quraşdırmağa, daim yeniləməyə, məlumatların qorunmasını təmin etməyə ehtiyac olmur. Eyni zamanda, istifadəçi proqramı öz istəyinə uyğun dəyişdirə və ya istədiyi konfiqurasiyanı istifadə edə bilər. Beləliklə, bütün mühasibat məlumatları data mərkəzlərinin serverlərində saxlanılır. Məlumatların qorunmasını təmin etmək üçün müəssisə bir neçə data mərkəzindən istifadə edə bilər. Belə olduqda əlavə serverlər alınmasına və onlara texniki dəstək göstərilməsinə ehtiyac olmur. İstifadəçi yalnız məlumatların saxlanılması və işlədilməsi üçün serverdən istifadə haqqı ödəyir.

"Bulud texnologiyası"ndan istifadənin üstünlüklərini bir neçə qrupa bölmək olar:

"Bulud texnologiyası"nın çatışmazlıqları

"Bulud texnologiyası"nın bir sıra çatışmazlıqları da var: sürətli internetin təmin edilməməsi, mühasibat proqramının imkanlarının və funksiyalarının məhdudluğu və müəssisənin fəaliyyətinin xüsusiyyətlərinə uyğun olmaması, məlumatların saxlanılmasının və ötürülməsinin təhlükəsizliyi (WiFi, sadə login və şifrələr və s.). "Bulud texnologiyası"nın fəaliyyətinin hüquqi bazasının olmaması da bu siyahıya aid edilir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI