Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsində qeyd edilir ki, qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiasi təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya öz razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
Misal: Ruslan (ad şərtidir) müddətli əmək müqaviləsi ilə “A” müəssisəsində kiçik mühasib vəzifəsində çalışır. Onun əmək müqaviləsi bir illikdir və 05.01.2022-ci il tarixdə bağlanıb. Ruslanın əmək müqaviləsinə 16.01.2023-cü il tarixdə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilib. Pozulmuş hüquqlarının bərpası üçün o, məhkəməyə müraciət edib və 16.06.2023-cü il tarixdə işə bərpa olunub. Məhkəmənin qərarında o da bildirilir ki, əsassız yerə işdən çıxarıldığı tarixdən işə bərpa edildiyi tarixədək olan dövr üçün Ruslana əməkhaqqı ödənilməlidir. Çünki həmin müddət məcburi işburaxma dövrü hesab edilir.
Məcburi iş buraxma işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. İşçi tərəfindən işburaxma dövrü üçün işçiyə hər hansı ödəniş olunmur, lakin işəgötürənin təqsiri ucbatından məcburi işburaxma baş verərsə, işçinin itirilmiş əməkhaqqı ödənilməlidir.
Misalda göstərilən halda Ruslanın orta əməkhaqqı məbləğinin 570 manat olduğunu fərz etsək, ona məhkəmə qərarına müəyyən olunmuş formada 16.01.20233-cü il tarixdən 16.06.2023-cü il tarixədək (5 ay üçün) əməkhaqqı hesablanaraq müvafiq tutulmalar olduqdan sonra ödənilməlidir. Belə halda, əməkhaqqının hesablanması müvafiq dövrlərdəki iş günlərinin sayına uyğun olaraq aylıq işlənməli günlərə görə aşağıdakı kimi hesablanacaq:
Aylar |
İş günü |
Aylıq əməkhaqqı |
İşlənməli iş günü |
Əməkhaqqı məbləği |
Yanvar |
18 |
570 |
10 |
316,7 |
Fevral |
20 |
570 |
20 |
570 |
Mart |
17 |
570 |
17 |
570 |
Aprel |
18 |
570 |
18 |
570 |
May |
21 |
570 |
21 |
570 |
İyun |
18 |
570 |
11 |
348,3 |