Əsas kapitala yönəldilmiş vəsaitin həcmi 15 faizdən çox artıb

2023.09.22 11:17 (UTC+04:00)

2023-cü ilin 8 ayında əsas kapitala yönəldilmiş vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% artaraq 10 milyard 864,8 milyon manata çatıb.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.