Səkkiz ayda 40 özəlləşdirmə hərracı keçirilib

2023.09.22 14:05 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 40 özəlləşdirmə hərracı keçirilib.

Xidmətdən verilən məlumata görə, hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 361 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu ilin 8 ayı ərzində hərraca çıxarılan dövlət əmlakı üzrə 195 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 40 onlayn qoşulma reallaşıb.