İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aylıq qiyməti ucuz olan obyektlərin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdirilir.
Xidmətdən verilən məlumata görə, hazırkı müsabiqəyə çıxarılan 6 obyekt Şamaxı, Ağsu, Sabirabad, Xaçmaz, Quba rayonlarında və Mingəçevir şəhərində yerləşir. Təklif olunan qeyri-yaşayış sahələrinin aylıq icarə qiyməti 30 manatdan başlayır.
Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif edən sifarişçiyə üstünlük veriləcək.
Sifarişçilər müsabiqədə iştirak etmək üçün 9 oktyabr 2023-cü il tarixinədək Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti üzrə yerli ərazi şöbələrinə müraciət edə bilərlər.
İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti və digər məlumatlarla https://clck.ru/35hdd7 linki vasitəsilə tanış olmaq mümkündür.
İcarə üçün təklif olunan obyektlər biznesə başlayanlar, kiçik sahibkarlar üçün olduqca əlverişlidir.
Dövlət müəssisələrinin balansında olan qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdiriləcək. Bu barədə məlumat Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) əvvəlcədən yerləşdiriləcək.