Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair Təfsilatlı Tədbirlər Planı təsdiqlənib

2023.09.20 13:41 (UTC+04:00)

Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli 781s nömrəli Sərəncamına əsasən, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” təsdiq edilib.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.