Mərkəzi Bank uçot dərəcəsini 9 faiz səviyyəsində saxlayıb

2023.09.20 11:13 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı AMB-nin yaydığı məlumata istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 7,5 faiz, yuxarı həddi isə 10 faiz səviyyəsində saxlanılıb.

Bu qərar aparılan makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amilləri üzrə risklər balansının dəyişimi nəzərə alınmaqla verilib.