Gübrənin satış qiyməti endirilib

2023.09.20 10:26 (UTC+04:00)

“Aqroservis” ASC səpin mövsümündə bir neçə adda gübrənin qiymətində endirim edib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yeni gətirilən nitroammofoksa gübrəsinin qiyməti hazırkı bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağıdır. Fermerlər artıq səpin mövsümündə bitkilərin kök sisteminin inkişaf etdirilməsi üçün istifadə etdikləri bu növ gübrənin 1 tonunu 800 manata, 50 kiloqramlıq kisəni isə 40 manata əldə edə bilərlər.

Bununla yanaşı, fermerlərə ammofos, ammonium sulfat və kalium sulfat gübrələri də endirimli qiymətlərlə təklif edilir. Mineral gübrələrin satışında tətbiq edilən endirimlərin məqsədi fermerlərin gübrəyə olan tələbatını və əlçatanlığını təmin etmək, məhsuldarlığın inkişaf etdirilməsinə dəstək olmaq və mineral gübrədən istifadə arealını genişləndirməkdir.